Rusiya aviasiya təchizatı ilə bağlı Azərbaycanla danışıqlara hazır olduğunu açıqladı

Rusiya aviasiya təchizatı ilə bağlı Azərbaycanla danışıqlara hazır olduğunu açıqladı

Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlığın geniş spektrli istiqamətləri, o cümlədən aviasiya təchizatı üzrə danışıqlar aparmağa hazırdır.

Gununsesi.org “Report”a istinadla xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətindən (FHTƏX) məlumat verilib.

“Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiya Federasiyasının çoxdankı tərəfdaşıdır. Bu əməkdaşlıq ölkələrimiz arasında davamlı və sistemli şəkildə inkişaf edir. Bu baxımdan həmkarlarımızla əməkdaşlığın geniş spektrli istiqamətlərini, o cümlədən aviasiya mövzusunu müzakirə etməyə hazırıq”, – FHTƏX-nin rəsmi nümayəndəsi Mariya Vorobyova deyib.

Daha əvvəl Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssislərindən ibarət heyət Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrində olublar.

Gununsesi.org

COMMENTS