“Namiqin qadınlarla mübahisə etmək kompleksi olduğunu bilmirdim”.
Gununsesi.org xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova meyxanaçı Namiq Qaraçuxurlunun ünvanına deyib. Bir müddət əvvəl “5/5” verilişində ifaçılar arasında mübahisə düşmüşdü. Proqrama telefonla zəng edən Dadaşova aparıcı Zaur Kamaldan yaşını soruşan Namiq və Sevil-Sevinc Səfərova bacılarına “Elə qabiliyyətsiz deyiləm” sözünü söyləyib. Bu isə Qaraçuxurlunun xətrinə dəyib və “Brilliant Dadaşovanın yaş kompleksi var” sözünü söyləyib.
B.Dadaşova məsələyə aydınlıq gətirib və Namiqdən incidiyini gisləyməyib:
“İşçilərin bilir ki, səni çox istəyirəm. Mənə zəng etdilər ki, sənin ad gününü təbrik edim. Olduğum yerdə televizor yox idi, səs-küylü yerdə idim. Kimlərin olduğunu bilmirdim. Səninlə zarafatım var. Sən gürcüstanlı, mən bakılıyam. Hər zaman məndən yaş soruşursan, sənə sataşdım. Dedim, elə qabiliyyətim yoxdur. Namiq “kompleks” deyib. Heç bir kompleksim yoxdur. Onun özündə var imiş”.
COMMENTS