Naftalandan Bakıya işləməyə gələn gənc itkin düşüb - FOTO

  • By Mina
  • 22 Aprel 2024 10:19

Naftalanda 18 yaşlı gənc itkin düşüb.

 

DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov 4 ay əvvəl Bakı şəhərinə işləmək üçün gedib və son 10 gün ərzində ailəsi ondan heç bir xəbər ala bilməyib.

 

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Naftalan Şəhər Polis Şöbəsinin (022)352-31-15 şəhər və 050-664-94-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

Gununsesi.info