Suriyada neft boru kəmərində yanğın olub, ölən var

  • By ilhame
  • 21 Aprel 2024 13:39

Suriyada neft boru kəmərində yanğın olub, ölən var.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sham FM” radiosu məlumat yayıb.

Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb.

Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb.

Ərazidə yanğınsöndürmə briqadaları işləyir.

Gununsesi.info