
Rusiya əmin oldu ki, Azərbaycan başqa şərtlər altında ermənilərin Azərbaycana qayıdışına, onlara beynəlxalq təhlükəsizlik zəmanəti altında hər hansı siyasi muxtariyyətin verilməsinə heç vaxt razılaşmayacaq. Bundan başqa, mən həmişə Azərbaycan hökumətini Qarabağın işğalına son qoyulması üçün Ermənistanla yox, Rusiya ilə danışıqlar aparmağa çağırırdım. Söyləyirdim ki, Rusiyanı inandırmalıyıq ki, o özünün bölgədə iştirakını və nüfuzunu etnik münaqişələrin mövcudluğunda və hərbi iştirakda görməsin”.
Bunu Gununsesi.info-ya açıqlamasında ƏHD Partiyasının lideri, millət vəkili Qüdrət Həsənquliyev rus qoşunlarının ölkəmizi tərk etməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, bu gün Rusiya ilə Azərbaycan arasında etimadlı münasibətlər qurulub: “Hər iki ölkə regional əməkdaşlığın genişləndirilməsi üçün birgə çalışır və bunu öz ölkələrinin maraqlarına uyğun hesab edirlər. Azərbaycan torpaqları işğal altında qaldıqca bunu indiki səviyyədə etmək mümkünsüz idi. Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında və qorunmasında maraqlı görünür və bu, alqışlanmalıdır. Rusiya münaqişədə öz neytrallığını saxlamaqla Azərbaycanın öz ərazi bütövlüyünü az qan tökülməklə bərpa etməsinə töhfə vermiş oldu. Hesab etmirəm ki, Rusiya öz sülhməramlılarını vaxtından əvvəl çıxarmağa bəzilərinin iddia etdiyi kimi Ukrayna savaşında zəifləməsinə görə gedib. Bu qərarın Prezidentlərin görüşü ərəfəsində verilməsi danışıqlara pozitiv təsir edəcək, regionda təhlükəsizliyə və hər iki ölkənin mənafelərinə uyğun əməkdaşlığın genişləndirilməsinə yol açacaqdır. Rusiya böyük qonşumuzdur, bizi tarixi, humanitar əlaqələr bir-birimizə bağlayır. Siyasi hakimiyyətlərdən asılı olmayaraq biz həmizə Rusiya ilə yaxından əməkdaşlıqda maraqlı olmalı, rusları narazı salan şərhlərdən yayınmalıyıq”.
Mina Musayeva
Gununsesi.info