Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

  • By ilhame
  • 21 Aprel 2024 14:09

Hacıqabulda baş vermiş yol qəzasında xəsarət alanlar var.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınılığında qeydə alınıb.

 

İlkin məlumata görə, qəza zamanı 3-4 nəfərin yaralandığı bildirilir. Hazırda hadisə yerinə təcili yardim briqadası cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info