
Beynəlxalq pul köçürmə sistemləri vasitəsilə Qazaxıstandan Azərbaycana 17,4 milyon dollar (7,4 milyard tenge) pul köçürülüb.
Gununsesi.info Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, fiziki şəxslər ümumilikdə, 2020-ci illə müqayisədə xaricə 451,9 milyard tenge pul köçürüblər.
Bu 2015-ci ildən bəri ən yüksək göstəricidir. Ən çox pul köçürmələri Özbəkistan (114 milyard tenge), Türkiyə (96,2 milyard tenge) və Rusiyanın (93,3 milyard tenge) payına düşür.