Qatar yoluna düşən qadının kimliyi məlum oldu

Bu gün saat 12:51-də “Gənclik” stansiyasında 1967-ci il təvəllüdlü Bakı sakini Dilguşə Bəkirova qatar yoluna düşüb.

Gununsesi.info xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyaya yaxınlaşan qatarın maşinisti qatarı saxlayaraq, məlumat verib.

“Yola elektrik gərginliyinin verilməsi dayandırılıb. Sərnişin stansiya yolundan çıxarılıb. Yaşıl və Qırmızı xətlərdə 10 dəqiqəyə yaxın yubanma olub. Tezliklə aradan qaldırılacaq”.