
İşğaldan azad olunmuş ərazilərdə növbəti dəfə mina partlayışı baş verib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə Ağdamın Uzun Dərə adlı ərazisində baş verib.
Partlayış nəticəsində “Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) bir əməkdaşı xəsarət alıb.
ANAMA-dan faktı təsdiqləyiblər. Bildirilib ki, minaya düşərək xəsarət alan şəxs Fərid Əliyev adlı minatəmizləyəndir.