Bakıda kişi avtomobilin altında qalaraq ölüb

Bakıda kişi avtomobilin altında qalaraq ölüb

Bakıda bir nəfər minik avtomobilinin altında qalaraq ölüb.

Gununsesi.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin “Opel” markalı minik avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Əhmədov Fərhad Elxan oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.org

COMMENTS