MSK YAP-ın daha üç səlahiyyətli nümayəndəsini qeydə alıb

MSK YAP-ın daha üç səlahiyyətli nümayəndəsini qeydə alıb

Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) daha üç səlahiyyətli nümayəndəsini qeydə alıb.

Gununsesi.org-un məlumatına görə, bunlar Anar Adil oğlu İbrahimov, Nofəl Yunsur oğlu Bağırov və Nəcəf Əhməd oğlu Novruzovdur.

Xatırladaq ki, MSK-nın dekabrın 11-də keçirilmiş iclasında da YAP-ın səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb

 

 

Gununsesi.org

COMMENTS