Əfqanıstanda hər gün 9-dək uşaq ölüb – Son 9 ayda

Əfqanıstanda hər gün 9-dək uşaq ölüb – Son 9 ayda

İllərdir iç müharibələrin meydanına çevrilən və quraqlığın hökm sürdüyü Əfqanıstan uşaqlar üçün dünyanın ən təhlükəli ölkələrindən biri olmağa davam edir.

 

Gununsesi.org Türkiyə mediasına istinadən xəbər verir ki, BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) Əfqanıstanda 2019-cu ilin 9 ayında ölən uşaqların statistik sayını açıqlayıb. Xəbərə görə, hər gün orta hesabla 9 azyaşlı həlak və ya əlil olub. Yanvar-sentyabr aralığında ölən və əlil qalan uşaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11% artıb.  Azyaşlılar daha çox Kabil, Qəndəhar, Paktiya, Helman və Nanqarhar şəhərlərində dünyasını dəyişib.

Həmçinin, qeyd edilir ki, Əfqanıstanda 2 milyon uşaq aclıq səbəbindən və ya sağlam qidalana bilmədiklərindən müxtəlif xəstəliklərlə mübarizə aparırlar. Xeyli sayda azyaşlı psixoloji problemlərdən əziyyət çəkir.

COMMENTS