“Dövləti uğrunda döyüşlərdə iştirak etmiş Pakistan prezidenti heç bir halda xain ola bilməz” – Ordu Müşərrəfin edamının əleyhinə çıxdı

“Dövləti uğrunda döyüşlərdə iştirak etmiş Pakistan prezidenti heç bir halda xain ola bilməz” – Ordu Müşərrəfin edamının əleyhinə çıxdı

Pakistan Silahlı Qüvvələri ölkənin keçmiş prezidenti Pərviz Müşərrəf haqqında qəbul edilən edam qərarına etiraz edib. Ordunun mətbuat xidməti dekabrın 17-də bununla bağlı bəyanat yayıb.
“Ordu qərargahının keçmiş komandiri, Baş Qərargah Rəisləri Komandanlığının sədri və 40 il ölkəsinə xidmət etmiş, dövləti uğrunda döyüşlərdə iştirak etmiş Pakistan prezidenti heç bir halda xain ola bilməz. Pakistan Silahlı Qüvvələri ölkə konstitusiyasına uyğun olaraq ədalətin təmin olunmasını gözləyir”.
Pakistan hərbçilərinin fikrincə belə bir ağır hökm – nonsensdir.
Qeyd edək ki, Pakistanın xüsusi məhkəməsi ölkəninkeçmiş prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarıb.

Xəbər Oxu.az saytında dərc edilib.

Gununsesi.org

COMMENTS