Axtarışda olan işadamı FETÖ ittihamı ilə həbs edildi

  • By arzu
  • 08 Sentyabr 2023 12:07

Türkiyədə polis axtarışında olan Faik Selçuk Kızılkaya həbs edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, polislərin keçirdiyi əməliyyat zamanı Kızılkaya Adana şəhərinin Seyhan kəndindəki Mithatpaşa məhəlləsinidə bir evdə saxlanılarkən yaxalanıb.

Haqqında FETÖ Terror Təşkilatı ittihamı ilə 6 il 3 ay məhkəmənin verdiyi həbs cəzası var.

50 yaşlı işadamı Faik Selçuk Kızılkaya Fətullahçı Terror Təşkilatının adına toplantılara qatılmaq, pul toplamaq və maliyyə dəstəyi təmin etməkdə mühakimə edilir.

Evdə keçirilən əməliyyatdan sonra hüquqi prosedurların tamamlanması ilə işadamı həbsxanaya göndərilib.

Tərcümə: Arzu

Gununsesi.info