Moskva atəşkəsi alqışlayır - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsi adından verdiyi açıqlamada atəşkəsdən razı qaldıqlarını bildirib.

Gununsesi.info xəbər verir ki, Teleqram hesabında açıqlama verən Zaxarova Moskvanın mövqeyini vurğulayıb.
“Moskva İsrail və HƏMAS arasında dörd günlük humanitar atəşkəslə bağlı əldə olunan razılaşmanı alqışlayır. Münaqişə kəskinləşməyə başlayandan bəri Rusiya bunu tələb edir. Qətərin dünya ictimaiyyətinin gərginliyin azaldılması çağırışının praktiki həyata keçirilməsi istiqamətində xüsusi səylərini qeyd etmək vacibdir”.
Gununsesi.info