Mirzoyan: Ermənistan sülh sazişi üçün danışıqları davam etdirməyə hazırdır

Rəsmi İrəvan Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasını prioritet hesab edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan kanadalı həmkarı Melani Coli ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Erməni nazir vurğulayıb ki, İrəvan sülh sazişi üçün danışıqları davam etdirməyə hazırdır. Mirzoyan bildirib ki, bu kontekstdə ərazi bütövlüyünün tanınması ilə yanaşı, Sovet Baş Qərargahının son xəritələri əsasında iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də iş aparılmalıdır.

Gununsesi.info