
ABŞ-ın Nevada ştatında “Draken” şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə aviabazanın mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, təyyarə Las-Vegas şəhəri yaxınlığında yerləşən Nellis Hərbi Hava Qüvvələri bazasından qalxdıqdan dərhal sonra yerə çırpılıb. Hadisə nəticəsində pilot həlak olub.
Qəzaya uğrayan təyyarə Fransanın “Dassault Aviation” şirkəti tərəfindən istehsal olunan “Mirage F-1” qırıcısı olub.
Qəzanın səbəbləri barədə araşdırmalara başlanılıb.
Gununsesi.info