
“Ingenuity” adlı helikopter Marsın səthində ilk dəfə yeni əraziyə uçuş edib.
Gununsesi.info xəbər verir ki, məlumatı Amerika Milli Kosmik Araşdırma Agentliyi (NASA) yayıb.
Bildirilib ki, uçuş ABŞ-ın şərq sahilindən başlayıb, 108 saniyə davam edib. Helikopter 10 metr hündürlüyə qalxıb, 129 metr uçuş reallaşdırıb.
Helikopter enişdən əvvəl fotoşəkillər çəkib. Bu, helikopterin Marsa 5-ci uçuşudur. “Ingenuity” əvvəlki 4 uçuşdan sonra start yerinə qayıdıb .
Gununsesi.info