İspaniya vətəndaşı 8744 dəfə fövqəladə xidmətlərə zəng edib

  • By admin
  • 13 May 2021 09:49

İspaniya polisi ölkənin fövqəladə xidmətlərinə 8744 dəfə zəng vuraraq, operatorları təhqir edən şəxsi saxlayıb.

 Gununsesi.info xəbər verir ki, bu barədə “Comercio” qəzeti məlumat yayıb.

Məlumata əsasən, 49 yaşlı kişi Ovyeda şəhər sakinidir.

O, 2019-cu ildən etibarən 3787 dəfə 091 və 4957 dəfə isə 112 xidmətinə zəng vurub. Zənglərdən heç biri aidiyyəti üzrə olmayıb.

 Gununsesi.info