Azərbaycan güləşçiləri Avropa çempionatında finala vəsiqə qazanıblar -Foto

Bakıda davam edən güləş üzrə U-23 Avropa çempionatında Azərbaycanın 2 yunan-Roma güləşçisi finala yüksəlib.

 

Gununsesi.info-nun məlumatına görə, Ziya Babaşov (63 kq) və Həsən Həsənli (77 kq) həlledici mərhələyə vəsiqə qazanıblar.

 

Rəşad Məmmədov (55 kq) isə yarımfinalda məğlub olduğu üçün bürünc medal uğrunda görüşə çıxacaq.

 

Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 26-da yekunlaşacaq.

Gununsesi.info