
Hindistanda torpaq sürüşməsi hadisəsi baş verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət olayında 10 nəfər can verib.
Faciənin yaşanmasının səbəbi şiddətli yağışlardır.
Təbii fəlakət Maharashtra bölgəsində yaşanıb. Yaşanan şiddətli yağışlar sellərə və torpaq sürüşməsinə gətirib çıxardığı üçün çoxlu sayda evə ziyan dəyib.
Əlacsız qalan 15 nəfər xilas edilib. Təbii fəlakətin yaşanması ilə bölgədə 10 qatar səfəri və quru yolları daşımaları ləğv edilib.
Hindistanın Meteorologiya Xidməti günlər öncə ölkədə musson yağışlarının güclənəcəyi və dalğasının təsirli olacağını açıqlamışdı.
Beləliklə, ölkədə son 2 həftədə musson yağışlarının təsiri ilə ölənlərin sayı 150 nəfəri ötüb.
Tərcümə: Arzu