Milli Məclisdən Mərkəzi Bankla bağlı mühüm qərar…

  • By Günel
  • 07 Noyabr 2024 19:33

Rəşad Təmraz oğlu Orucov Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin qərarında deyilir.

“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Rəşad Təmraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilsin”, – deyə bildirilib.

Gununsesi.info