
Gununsesi.info xəbər verir ki, məlumatda “Laser Beauty Clinik” klinikasında həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb.
Bildirilib ki, bu klinikanın həkimlərindən biri Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçməyib.
Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi müəyyən edilib və “Lazer Beauty Clinic” adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib.
Qeyd edək ki, N.Rüfət özünü həkim-kosmetoloq kimi təqdim edərək yüzlərlə prosedur icra edib.
Gununsesi.info