Putin Baydenlə danışmağı planlaşdırmır

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenlə təmas qurmağı planlaşdırmır.

Gununsesi.info  xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“Putinin heç bir planı yoxdur, yox”– deyə Kreml rəsmisi jurnalistlərin sualını cavablandırıb.

Peskov həmçinin qeyd edib ki, Putin və prezident seçkilərində qalib gələn Respublikaçılar Partiyasının namizədi Donald Tramp hətta ABŞ prezidentinin andiçmə mərasimindən əvvəl də əlaqə saxlaya bilirlər.

Onun sözlərinə görə, Tramp andiçmə mərasimindən əvvəl Putinə zəng edəcək.

 

 

Şəbnəm

Gununsesi.info