Nərimanovda yanan bina SÖNDÜRÜLDÜ - FOTO

  • By Ayshan
  • 28 Noyabr 2025 19:08

Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Gununsesi.info bildirir ki, “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə Montin qəsəbəsində baş verib.

Binanın altıncı mərtəbəsinin blokunda başlayan yanğın yuxarıya doğru irəliləyir.

Hadisə yerinə FHN, polis və təcili yardım cəlb edilib. Bina sakinləri hamısı təxliyyə edilib.

***

Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

Məlumata görə, binanın altıncı mərtəbəsinin blokunda başlayan yanğın yuxarıya doğru irəliləyir. Bina sakinləri hamısı təxliyə edilib.

***

DİN-dən verilən məlumata görə, Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

Hadisə yerində insanların təhlükəsiz şəkildə təxliyəsi, ərazinin nəzarətə götürülməsi və yanğınsöndürənlərin maneəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində operativ tədbirlər görülür.

***

Hadisə binanın elektrik xəttindəki nasazlıq səbəbindən baş verib. Yanğının genişlənməsinin qarşısı alınıb.

Gununsesi.info