Maştağada 45 yaşlı kişi öldürüldü

Bakıda qətl hadisəsi baş verib.

Gununsesi.info -nun məlumatına görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 45 yaşlı Əliyev Emil Çingizoviç bıçaqlanaraq qətlə yetirilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info