ABŞ administrasiyası Qəzza zolağında atəşkəs rejiminə əməl olunmasına və sülh planının birinci mərhələsinin şərtlərinin yerinə yetirilməsinə nəzarəti əhəmiyyətli dərəcədə gücləndirməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Axios” portalı Ağ Evdəki yüksəkvəzifəli mənbələrə istinadən məlumat yayıb.
“Növbəti 30 gün həlledici olacaq. İndi biz Qəzzada baş verənlərə cavabdehik. Qarşıdakı qərarları biz qəbul edəcəyik”, – deyə o qeyd edib.
Mənbələrin sözlərinə görə, Qəzzada elan olunmuş atəşkəs rejimi hələ də “son dərəcə kövrək” vəziyyətdə qalır və tərəflərin hərbi toqquşmalardan çəkinməməsi sülhün saxlanmasını çətinləşdirir.













