DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın mərkəzində baş vermiş yol qəzasının görüntülərini yayıb.
Gununsesi.info xəbər verir ki, Mərkəzin müşahidə kamerasının qeydə aldığı bu qəza paytaxtın Səbail rayonu, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.
İlkin ehtimala görə, qəza skuter sürən şəxsin işıqforun qırmızı işığının tələbinə məhəl qoymaması və sürücü diqqətsizliyi səbəbindən baş verib. Görüntülərdən də aydın olur ki, ikitəkərli nəqliyyat vasitəsini idarə edən şəxs qırmızı işıq yandıqda dayansaydı, bu hadisə baş verməyəcəkdi.
Sözügedən qəzanın görüntülərini təqdim edirik:











