Aİ Rusiyadan qaz idxalını dayandırır

Aİ 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalını dayandırmağı planlaşdırır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 20-də Avropa İttifaqının energetika nazirləri Rusiyadan həm boru kəməri, həm də mayeləşdirilmiş təbii qaz (LNG) idxalını 2027-ci ilin sonuna qədər mərhələli şəkildə dayandırmaq barədə razılığa gəliblər.

Plan Avropa Komissiyasının təklifi əsasında, Avropa Parlamentinin təsdiqi ilə həyata keçiriləcək. Yeni müqavilələr üzrə Rusiyadan qaz idxalı 1 yanvar 2026-cı ildən qadağan ediləcək, mövcud qısamüddətli və uzunmüddətli müqavilələr üçün isə keçid dövrləri nəzərdə tutulub.

Aİ sədri Danimarkanın energetika naziri Lars Aagaard bu addımı Avropanın enerji müstəqilliyi üçün “həlledici” adlandırıb. Lakin Macarıstan və Slovakiya kimi ölkələr dəniz yolu ilə Rusiyadan qaz idxalına davam etməyi planlaşdırır.

Brüssel hesab edir ki, 2025-ci ildə Rusiya qazı hələ də Aİ-nin idxalının təxminən 13 faizini təşkil edir, bu isə illik 15 milyard avrodan çox gəlir deməkdir.

Şəbnəm

Gununsesi.info