
Türkiyədə son sutkada daha 281 nəfər koronavirusdan (COVID-19) vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu gün ölkədə yeni yoluxanların sayı 18 052 nəfər olub.
28 896 nəfər sağalıb, 3 175 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Qeyd edək ki, son günlər Türkiyədə yoluxma və ölüm sayında kəskin azalma müşahidə olunur.
Ölkədə sərt karantin rejimi mayın 17-dək davam edəcək.
Gununsesi.info