
Türkiyə Müdafiə Nazirliyi, Afrində mülki insanları hədəf alan terror təşkilatı PKK / YGP terrorçularının hücumu nəticəsində bir körpənin anası ilə birlikdə öldüyünü və kənd sakinin yaralandığını açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Nazirliyin verdiyi açıqlamada, Terror təşkilatı PKK / YPG tarlalarda çalışan günahsız mülki insanları hədəf alıb. Terroristlər Afrin bölgəsindəki tarlaların yerləşdiyi ərazidə 8 top və roketlə atəş açıblar.
Gununsesi.info