
Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 219270 nəfərə çatıb.
Gununsesi.info-nun “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 178 nəfər COVİD-19-a yoluxub, 9nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 4234 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1039 nəfərə yüksəlib.
Gununsesi.info