
Bu günə qədər PKK yaraqlılarına qarşı Ərən anti-terror əməliyyatlarında 40 terrorçu zərərsizləşdirilib.
Gununsesi.info “Anadolu Ajansı”na istinadla xəbər verir ki, bunu Türkiyənin Daxili işlər naziri Süleyman Soylu deyib. Nazir bildirib ki, öldürülən terrorçulardan 3-ü “qırmızı” bülletenlə axtarışda olub.
Ümumilikdə, 12 xüsusi kodlarla axtarışda olan terrorçu məhv edilib. Onlardan ikisi bölgədə “rəhbər” vəzifələrdə təmsil olunub.
Gununsesi.info