
Avropa Parlamentində deputatların sayı artırılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 705 nəfər olan deputatlıq kürsüsü yeni qərarla 720-yə yüksəldilir.
Bu barədə Avropa Parlamentinin ümumi toplantısında keçirilən səsvermə zamanı qərar qəbul edilib.
2019-cu ildən bəri demoqrafik artıma görə belə bir addım atılıb.
Bununla da 27 Avropa Birliyi ölkəsindən 12-nin millət vəkillərinin sayı artırılıb.
Yeni qərara əsasən, Fransa, İspaniya və Hollandiyadan iki nəfər, Avstriya, Belçika, Polşa, Sloveniya, Slovakiya, Finlandiya, Litva, İrlandiya və Danimarka bir nəfər millət vəkili Avropa Parlamentinə göndərəcək.
Tərcümə: Arzu