Nikahların sayı azalıb, boşanmalar artıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29191 nikah və 12610 boşanma halları qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda qeyd olunub.

Bildirlir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

 

Gununsesi.info