Avropa İttifaqı Yandex-in həmtəsisçisinə qarşı sanksiyaları ləğv etməkdən imtina edib

Avropa İttifaqı Yandex-in həmtəsisçisi Arkadi Volojun Ukraynadakı müharibəni ictimai qınamasından sonra ona qarşı sanksiyaları davam etdirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Voloj 2014-cü ildən İsraildə yaşayır və 2022-ci ilin iyununda Aİ-nin şəxsi məhdudiyyətlərinə məruz qalıb.

Bu ilin avqustunda o, ilk dəfə olaraq Ukraynadakı müharibə haqqında açıq şəkildə danışaraq bunu “barbar işğalı” adlandırıb və ölkədəki əməliyyatların “qəti şəkildə əleyhinə” olduğunu deyib.

“Mən dəhşətə gəlirəm ki, hər gün ukraynalıların evlərinə bombalar düşür. 2014-cü ildən Rusiyada yaşamamağıma baxmayaraq, başa düşürəm ki, ölkənin hərəkətlərinə görə mənim də məsuliyyətim var”.

Müharibə əleyhinə bəyanatından sonra Volojun vəkilləri ona qarşı sanksiyaların ləğvi tələbi ilə Aİ-na müraciət edib.

Lakin Aİ üzvü olan ölkələrin heç biri indiyədək Volojun qara siyahıdan çıxarılması məsələsini qaldırmayıb.

Bildirilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı sanksiyalar altı aydan bir yenilənir. Qrafikə əsasən, onların müddəti sentyabrın 15-də başa çatacaq.

Biznesmenin yaxın adamlarının dediyinə görə, o, növbəti müddətə qədər Aİ-ni mövqeyini dəyişməyə razı sala biləcəyinə ümid edirdi.

Qeyd edək ki, Aİ  “Northgas”ın keçmiş prezidenti  milyarder Fərhad Əhmədova və Vahid Sosial Təminat şirkətlər qrupunun sahibi, iş adamı Qriqori Berezkinə qarşı sanksiyaları ləğv edəcək.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info