DƏHŞƏT: Haitidə 14 uşaq yanaraq kül oldu

DƏHŞƏT: Haitidə 14 uşaq yanaraq kül oldu

Haitidə uşaq evində baş vermiş yanğın nəticəsində on dörd uşaq ölüb.

Gununsesi.org xəbər verir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Haiti Libre” internet portalı məlumat yayıb.

Yanğının kilsə nəzdindəki uşaq evində baş verdiyi bildirilir. Sosial Rifah və Tədqiqatlar İnstitutunun baş direktoru Ariel Vildruanın sözlərinə görə, faciənin baş verdiyi uşaq evinin fəaliyyəti qanunsuz olub.

Portalın məlumatına görə, yanğının səbəbi ehtiyatsızlıq ola bilər.

Gununsesi.org

COMMENTS