
Malaziya və Banqladeşdən İsrailin Fələstində gerçəkləşdirdiyi hücum əməllərini kəskin şəkildə qınayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hər iki ölkənin Xarici İşlər Nazirlikləri İsrailin Fələstinin Cenin bölgəsindəki zülmünü şiddətlə qınayan açıqlama yayıb.
Malayziyanın Xarici İşlər Nazirliyi açıqlamasında bunları vurğulayıb:
“Tökülən qanlar dərhal dayandırılmalıdır. İşlənilməyə davam edən zülm ölkələrarası hüququn açıq pozuntusudur. İnsani yardıma ehtiyac duyan adamlara yardım təminatına əngəl olmayın!”.
Bu açıqlama azmış kimi, Malayziya BMT-nn Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyəti İsrailin insanlığa qarşı işlədiyi cinayətlərə və fələstinlilərə yönəlik irqi ayrı-seçkilik politikalarına son verməsi üçün hərəkətə keçməyə çağırıb.
Banqladeşin Xarici İşlər Nazirliyi isə İsrailin hücumunu qınayaraq fələstinlilərə yönəlik hücumlara “kəskin” şəkildə qarşı çıxdıqlarını yeniləyib.
Açıqlamada İsrail qüvvələrinin ölkələrarası qanunlaraı və anlaşmaları pozması üzündən “dərin narahatlıq” keçirdiklərini vurğulayıb.
Xatırladaq ki, İsrail ordusu 3 iyulda son 20 ilin ən ağır mombardımanı ilə Fələstinin Cenin kəndini havadan bombardıman etmiş, qurudan isə əsgərləri və zirehli texnikaları ilə bölgəyə hücum çəkmişdir.
İsrailin qətliamları zamanı aralarında gənclərin də olduğu 12 mülki fələstinli öldürülmüşdü.
Tərcümə: Arzu