İmamoğlu CHP liderliyi üçün ciddi addım atdı: Dəyişimə dəvət üçün heyət və sayt qurdu

  • By arzu
  • 05 İyul 2023 10:56

Hər fürsətdə “dəyişim” çağırışını yeniləyən İstanbul Böyük Şəhər Bələdiyyə(İBB) Başçısı Əkrəm İmamoğlu yayıma girən ilk internet saytı ilə ilk əyani addımını atıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İmamoğlu 22 iyundakı mətbuat toplantısında geniş kütlələrin görüşlərini almaq istəyini açıqlamışdı.

HTML tutorial

“Mən vətəndaşıma da yetişmək, çatmaq istəyirəm. Onların da tələblərini ala biləcəyimiz bir məcra yaranmasını istəyirəm”, – deyə söyləyən İBB Başçısı dəyişim addımına yönəlik olaraq partiyanın yüksək səviyyəli adamları, keçmişdə və bu gündə yer almış idarəçiləri ilə görüşləri olacağını vurğulayıb.

“İqtidar üçün dəyişim” adı ilə internet saytı quran İmamoğlu bununla yanaşı, sosial media hesabından “Dəyişimə dəvət: CHP-də dəyişim, iqtidar üçün dəyişim prosesinə qatılmağınızı, görüş və təkliflərinizi gözləyirik”, yazıb.

 

Tərcümə: Arzu

Gununsesi.info