Mahaçqala hava limanındakı iğtişaşlarda yaralananların sayı açıqlandı

Dağıstanın Mahaçqala hava limanında baş verən insident zamanı 20-dən çox adam, o cümlədən polis əməkdaşları və mülki şəxslər xəsarət alıb.

Gununsesi.info bildirir ki, regional Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 10 nəfər rayon xəstəxanalarındadır, onlardan ikisinin vəziyyəti ağırdır.

Oktyabrın 29-da axşam saatlarında Mahaçqalada nümayişçilər hava limanına soxulub. Tel-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.

Gununsesi.info