İsrail ordusu HƏMAS-ın komandanlıq mərkəzlərini məhv edib

  • By ilhame
  • 15 Oktyabr 2023 10:00

İsrailin Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın komandanlıq mərkəzlərinə hava zərbəsi endirib.

Gununsesi.info-nun məlumatına görə, müvafiq paylaşım ordunun teleqram kanalında yerləşdirilib.

“İsrail Ordusu gün ərzində Qəzza zolağında HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirməkdə davam edib. Hədəflər arasında terrorçular, əməliyyat komandanlıq mərkəzləri və onlarla minaatan var”, – məlumatda bildirilir.

Söhbət həm də yeraltı tunellərdən çıxarkən aşkarlanan bir neçə HƏMAS döyüşçüsünün məhv edilməsindən gedir. Tunelin özü də vurulub.

Gununsesi.info