Mançester derbisində “şəhərlilər” qələbə qazanıb

  • By ilhame
  • 29 Oktyabr 2023 21:49

İngiltərə Premyer Liqasında Mançester derbisi keçirilib.

Gununsesi.info xəbər verir ki, X turda “Mançester Yunayted” son çempion “Mançester Siti”ni qəbul edib.

“Old Trafford”dakı qarşılaşma “şəhərlilər”in 3:0 hesablı qələbəsi ilə bitib.

Qolları 26 və 49-cu dəqiqələrdə Erlinq Holann, 80-ci dəqiqədə Fil Foden vurub.

Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran “Mançester Siti” üçüncü pilləyə yüksəlib. “Qırmızı-şeytanlar” 15 xalla səkkizincidir.

Gununsesi.info