
Ermənistanda son sutka ərzində 584 nəfərə COVID-19 diaqnozu qoyulub.
Gununsesi.info xəbər verir ki, bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 142 min 928-ə çatıb.
Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölənlərin sayı 28 nəfər artaraq 2372-yə yüksəlib.
Hazırda 20 min 812 nəfər aktiv xəstə var.
Gununsesi.info