
Ukrayna və Türkiyə raket daşıyıcılarının birgə hazırlanmasının mümkünlüyünü müzakirə edirlər.
Gununsesi.org bildrir ki, bu barədə Ukrayna Baş nazirinin strateji sənaye məsələləri üzrə müavini Oleq Uruski ölkənin “Azadlıq radiosu”na müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna ciddi tərəfdaşlar axtarır və Türkiyə ilə birgə raket daşıyıcısı mövzusunu müzakirə edib.
Uruski Baş nazir Denis Şmıqalın başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı daha əvvəl razılaşdırılmış layihələrin müzakirə edildiyini bildirib.
“Biz xüsusilə PUA və aviasiya mühərrikləri məsələsində mühüm müqavilələrin imzalanmasına çox yaxınıq”, – deyə Baş nazirin müavini əlavə edib.