Dünyanın bir nömrəli raketkası, serbiyalı Novak Cokoviç COVID-19-dan sağalıb.
Gununsesi.org Sportklub.rs-a istinadən xəbər verir ki, məşhur tennisçinin ikinci koronavirus testinin nəticələri mənfi çıxıb.
N.Cokoviç Xorvatiyada təşkil edilən “Adria Tour” tennis turnirində infeksiyaya yoluxmuşdu.
Qeyd edək ki, onun xanımı Yelenada da COVID-19 infeksiyası aşkarlanıb.
Gununsesi.org
COMMENTS