ABŞ-da keçirilən “Astroworld” musiqi festivalında Trevis Skottun konserti zamanı izdihamda 8 nəfər ölüb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında keçirilən musiqi festivalına minlərlə insan məşhur reper Trevis Skotu dinləmək üçün axışıb. Təxminən 50 min insanın qatıldığı festival dəhşətli faciə ilə nəticələnib.
Səlahiyyətlilər 11 nəfərin infarkt keçirdiyini, 17 nəfərin isə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.