Saakaşvilinin saxlandığı həbsxanaya xüsusi təyinatlılar yeridildi

Hazırda Mixail Saakaşvilinin saxlanıldığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə xüsusi polis qüvvələri səfərbər olunur.

Gununsesi.info Gürcüstan mediasına istinadən xəbər verir ki, həbsxana ərazisinə bir neçə avtobusda xüsusi təyinatlılar gətirilib və müəssisəyə yerləşdirilib. Bundan başqa, əraziyə təcili tibbi yardım briqadası da cəlb edilib.

Bununla bağlı hələlik heç bir rəsmi açıqlama verilmir.

Gununsesi.info