Məşhur azərbaycanlı generalın ailəsində AĞIR İTKİ

Ehtiyyatda olan general-leytenant, Azərbaycan Respublikasının keçmiş hərbi komissarı (1998—2009), Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (2009—2010), Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı (2010 — 2020) Əliağa Hüseynova ağır itki üz verib.

Gununsesi.info xəbər verir ki, Ə.Hüseynovun həyat yoldaşı Elmira xanım dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Allah rəhmət eləsin!

Gununsesi.info