
“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. İşğaldan azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq”.
Gununsesi.org-un məlumatına görə, bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycanın dövlət başçısı İlham Əliyev bildirib.
Ali Baş Komandan deyib ki, bizim hər birimiz bu işdə fəal olmalıdır: “Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var”.