
İrəvanda 16 müxalifət partiyası tərəfindən təşkil edilən Baş nazir Nikol Paşinyanın istefasını tələb edən yürüş başlayıb. Paytaxtın müxtəlif yerlərindən yüzlərlə insanın qatıldığı mitinq Milli Məclis binası qarşısında davam edir.
Gununsesi.info xəbər verir ki, Vətən partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi nümayişçilər Proşyan küçəsindən Milli Məclisə doğru hərəkət edib. Şəhərin müxtəlif yerlərindən gedən digər qruplar parlament binasınınn qarşısında onlara qoşulacaq.
Vanetsyanın tərəfdaşlarından biri Xaçik Qalstyan bildirib ki, bu gün Qarabağla bağlı atəşkəs bəyanatının imzalanmasından bir ay keçir. O, səlahiyyətlilərin xain əməlləri üzündən yüzlərlə ananın göz yaşları içində qaldığını, yüzlərlə insanın itkin uşaqlarını axtardığını xatırladıb. Bildirib ki, vəziyyəti yaxşılaşdırmağın yeganə yolun Paşinyanın dərhal istefasıdır.
Etirazçılar “Nikol, get”, “Nikol, xain” şüarları səsləndirir.
Bugünkü yürüşün son dayanacağı parlament binası olacaq. Parlament binası polis tərəfindən mühasirəyə alınıb.
Aksiyada ümumilikdə bir neçə min insan iştirak edir.
Gununsesi.info